"Vankə"
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Allaha yalvardım: “Ağ daş, qara daş,
Yalqızlıq çətindir, bana bir qardaş!”
Axund Mərhumun ruhu Sibirə,
Gedib bir Məryəmi salıbdır girə.
Nəhayət iş gəlib, çatıb bir yerə,
Qardaşın susamış qanıma, Vankə!

Peşiman oldum çox, bir az sonradan,
Göndərə bilmədim puldan, paradan.
İntiqam almağa qəlbi qaradan,
Yaxşıca calandı canıma, Vankə!

Qarışdırdığımdan hesab-kitabı,
Çoxdandır çəkirdim vicdan əzabı.
Nəhayət çəkməyə haqqı-hesabı
Gəlmişdi bir gecə yanıma Vankə!

Allahın bəlası bir ağır yuxu,
Qoymadı göstərim ona var-yoxu.
Bölünməmiş qaldı şeylərin çoxu,
Bu, yaraşmaz mənim şanıma, Vankə!

Yoxsa da əlim də tüfəng, tapancam,
Bu iş fənalığa bulurdu əncam.
Çox da ki, mən bu gün çılpağam, acam,
Sən məndən razı qal, yayınma, Vankə!

О qədər nanəcib deyilsən gerçək,
Təm izlədik evi, məscidə köçək.
Bu insanlıq nədir, sən ondan əl çək,
Ömründə mərhəmət tanıma, “Vankə” !