"Yar"ı "Mar" hesab et, bətərdir, çünki
"Yar"ı "Mar" hesab et, bətərdir, çünki Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
"Yar"ı "Mar" hesab et, bətərdir, çünki,
Marın zəhərindən yarın zəhəri.
Yarlar mar olsalar, biganə xoşdur,
Yarların afəti əzər ciyəri.
Xaqani, sən xalqı təriflədikcə,
Yağdırır başına o bəlaləri.