Çıldırın
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016

Bu qışın da qışlasında qışladıq,
Görüm mamur olsun eli Çıldırın.
Hoçuvandan bəri gəlir dərəsi,
Əsər, əskik olmaz yeli Çıldırın.

Yaz olanda gəlir qələm qaşlılar,
Güz olanda gedər siyah saçlılar,
Zərdən zərgüşlular, yaşıl başlılar,
Dolmuş sona ilə gölü Çıldırın.

İrfani yalvarır Qanı Xudaya,
Qaracaoğlanı gəlsin qadaya,
Türkmən qızın alıp keçəm adaya,
Daha uğramasın yolu Çıldırın.