Çıxa bilməz
Çıxa bilməz (17.03.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Turş ayranı sən çalxa yüz il – yağ çıxa bilməz,
Qəlbiqaranı min dəfə yu – ağ çıxa bilməz!
Minlərlə söyüd əksən əgər çay qırağında,
Bağban da baxıb qulluq edə - bağ çıxa bilməz!
Min canı əgər erməninin olsa nə xeyri?
Ensə başına yumruğumuz – sağ çıxa bilməz!
Dağlarda gəzən bir igidin arxası eldir,
Söykənməsə el – arxasına, dağ çıxa bilməz!
Dünya bəzəyi könlü uca ərlər olubdur,
Əsla ucalar könlünə alçağ çıxa bilməz!
Düz sözdü ki, dünyada həyatın canı suymuş –
Bir gövdədə su olmasa, yarpağ çıxa bilməz!
Teymur, yenə könlündə açar güllü gülüstan,
Qanqal bitə bilməz, nə də bitrağ çıxa bilməz!