Çıxar pənbə qulağından, gözün aç
Çıxar pənbə qulağından, gözün aç Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.238. |
Çıxar pənbə qulağından, gözün aç
Ki, həşr olduvü çalındı bu gün sur.
Ləbin lə’li-Bədəxşan eylədi mat,
Həbəş mülkündə xalın asdı mənşur.
Nəsimi çünki həqqə vasil oldu,
Gərək matəm tut, ey münkir, gərək sur.