Çəkərəm tabı

Çəkərəm tabı
Müəllif: Ləzgi Saleh

Aşiqəm bir xuba, tuti-məhbuba,
Nisbəti-Eyyuba, çəkərəm tabı,
Əqli aldı məndən, canım o təndən.
Üz görsətsə, gündə eylər səvabı.

Bu necə qamətdir, nə qiyamətdir,
Türfə əlamətdir, sərvi-cənnətdir,
Aşiqə mübaiyət çox müctəddir,
Qibləyi-Zahiddir, zərdir-zibadır.

Libası əhmərdir, zərdir-zibadır.
Qaməti ərərdir, yaşınnır bir dür,
Camalı ənvardır, sima qəmərdir.
Dilimdə əzbərdir hüsnü kitabı.

Bu cümlə cahanda, qülli-İranda,
Şəhri İsfaxanda, Azərbaycanda,
Rövzəyi-rizvanda, huri-qılmanda.
Mələkdə, insanda tanılmaz babı.

Salehəm, kuyində, dildə, dəhanda,
Vəsfini söylərəm yavuqda, gendə,
Ol gözəllik səndə, qəmzə şövqündə.
Dərdi qəmin məndə yoxdur hesabı.