Çəkər (Nəbi Miskin)

Çəkər
Müəllif: Nəbi Miskin
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013. səh.132

Hər kəs ki, tuş gəlsə dərd irahına,
Əridər canının yağını çəkər.
Əzzim yağını çəkər,
Yağı yağını çəkər.
Yadlara sir söyləmə,
Sirrin yağını çəkər.
Şehindən şəhdini dada gətirir,
Zənbur çiçəklərin yağını çəkər.

Çağırın cərrahı yarası nədi,
Arasın, axtarsın yarası nədi.
Əzzim yarası nədi,
Yarın yarası nədi.
Bu hicran yarasının,
İllacı, çarası nədi?
Nə təsəlli tapır, nə də dincəlir,
Sinəsi hicranın dağını çəkər.

Şair Nəbi çarxı, cahanı deyər,
Cəhdlə çalxanar, cahanı deyər.
Əzizim cahanı deyər,
Canan cahanı deyər.
Sidqinən dilək dilər,
Qadir-Sübhanı deyər.
Gələndə zahirə insanı deyər,
Gedəndə xələtin ağını çəkər.