Çəkər (Qasım bəy Zakir)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Çəkər
Müəllif: Qasım bəy Zakir

Məşşatə gözünə sürmə çəkəndə,
Sanasan, gözümə bıçağı çəkər.
Sərasər üzülür rişteyi-canım.
Elə ki, zülfünə darağı çəkər.