Çəkibdi (Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Çəkibdi (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov (2008). Seçilmiş əsərləri (10 cilddə, III cild) (az). Nurlan. Orijinal mənbədən 2018-09-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-05.

Xorasanda qızıl günbәz ağası!
Gözüm sәnin intizarın çәkibdi.
Haq buyurdu, hәbib getdi meraca,
Ona peşkәş ol Quranı çәkibdi.

Haq buyurdu Şiri-әzәm Heydәrә,
Şәhadәt barmağın saldı Xeybәrә,
Şәmameynәn getdi ol Şәhrizәrә,
Ağam orda boran, qarı çәkibdi.

Xoş o kimsәyә ki, yata yuxuda
Cәbrail üstünә gәtirә nida.
Ağam Şahi-Mәrdan özü davada
Kafәr üstә zülfüqarı çәkibdi.

Yoxdu bu dünyada belә namidar,
Qurbaninin canı yolunda nisar,
Ağam Şahi-Mәrdan Düldülә süvar,
Sәmәndinә qәm cidarı çәkibdi.