AŞIQ ALI
Bir gözәllә әhdi peyman edәndә,
Gәrәk yarın sәn gidağa çәkmәyә.
Mәrd özündәn görәr, namәrd özgәdәn,
Dar mәqamda dost qabağa çәkmәyә.
AŞIQ HÜMBӘT
Gözәl qüdrәtindәn yarana gözәl,
Sürmә alıb gözә, qaşa çәkmәyә.
Saxta boya tәqrir tapar rәngindәn,
Sәrraf gәrәk lәli daşa çәkmәyә.
AŞIQ ALI
Dostdan giley dönәr dastan, nağıla,
Gәlәr bir gün gәlmәyәn iş ağıla.
Ünsiyyәt olmasa xanә dağıla.
Zәnәn sola, әri sağa çәkmәyә.
AŞIQ HÜMBӘT
Vermәyin yaxşını yada hayıfdı,
Yamanı vermә ki, o da ayıfdı.
Ağıldan kәm, bәdnam sәda yayıfdı,
Ağlı olan naqis başa çәkmәyә.
AŞIQ ALI
Alı, rast olanda yaman yamana,
El gәlәr әlindәn aha, amana.
Qәhr eylәyәr cümlәsinә zamana,
Münsif gәrәk sәr qırağa çәkmәyә.
AŞIQ HÜMBӘT
Hümbәt, yalan әmәllәrin nәsidi,
Әsl zәnәn odsuz xanә isidi.
Ünsiyyәtsiz yaranmışın pisidi,
El görmәyә, nә dә haşa çәkmәyә.