Çətindi (Muxayıl Göyçəli)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Çətindi (7 may 1942)
Müəllif: Muxayıl Göyçəli


Ay ağalar, bir qəzadan qorxuram,
Qəfil nahaqq şərə düşmək çətindi.
Mənəm deyib dalma dərin ümmana,
Qəvvassız ümmandan keçmək çətindi.

Qanad bağla bu dağlardan aş, ayə,
Yaxamı çürütdü qanlı yaş, ayə.
Elə danış, elə gəlsin, xoş, ayə,
Elin nəzərindən düşmək çətindi.

Muxayılam, halal qıldım qanımı,
Dost yolunda qoydum xanımanımı.
Namurazam gəl almaynan canımı,
Namuraz dünyadan köçmək çətindi.

Mənbə

redaktə