Çal, a çal
Çal, a çal Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Ağırdır cavanın işvəsi, nazı,
Sənə cahan nə gərəkdir, çal, a çal.
Yolunu gözləyər, hörmət saxlayar,
Qismətdirsə əgər qoca çala çal.
Necə meyl etmisən, belə gülə sən,
Açılarmı eyni, min də güləsən.
Halın ki, qalmayıb təzə gül üzən,
Kəməndini özün kimi çala çal.
Sən yatırsan, onun fikri yazadı,
Şux qəlbi gizlicə işrət yazadı.
Məmmədhüseyn deyər, bir də yaz adı,
Görəmməzsən çatır əcəl, çal, a çal.