Çal, oyna! (xalq mahnısı)
Çal, oyna! Müəllif: Portal:Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • |
Mahnının sözləri müxtəlif ifaçılar tərəfindən müxtəlif variantlarda ifa edilib:
- Göy göllərdə üzər qazlar,
- Laçın, ay, vurar, tükünü tozlar.
- Dəstə-dəstə gəlir qızlar,
- Gəlir, ey, sallana-sallana…
- Nəqərat
- Mehribanım, güloğlan,
- Dur, oyna, çal, oyna!
- Yaxşı oğlan, qəşəng qız, dur, oyna!
- Gözəl oğlan, qəşəng qız, çal, oyna!
- Dost bağında açılmış güllər,
- Sarılıb gülə sarı bülbüllər, (Sarılmışdır gülə bülbül)
- Qızlar düzmüş (sancmış) telinə güllər,
- Gülürlər nazlana-nazlana. (Gəlir, ey, sallana-sallana.)
- Dost bağında bitər alçalar,
- Tez çiçəkləyər, yetər alçalar.
- Toylarımızda belə qaydadır,
- Oğlan oynar, qızlar əl çalar.
- Qızlar oynar, oğlan əl çalar.
Rəşid Behbudovun ifasında:
redaktə- Dost bağında açılmış güllər,
- Sarılıb gülə sarı bülbüllər,
- Qızlar düzmüş telinə güllər,
- Gülürlər nazlana-nazlana
- Mehribanım, Mehriban,
- Dur, oyna, çal, oyna!
- Yaxşı oğlan, qəşəng qız, dur, oyna!
- Gözəl oğlan, gözəl qız, çal, oyna!
- Dost bağında bitər alçalar,
- Ay çiçəkləyər, yetər alçalar.
- Toylarımızda qayda belədir,
- Oğlan oynar, qızlar əl çalar.
- Qızlar oynar, oğlan əl çalar.
- Mehribanım, Mehriban,
- Dur, oyna, çal, oyna!
- Yaxşı oğlan, qəşəng qız, dur, oyna!
- Gözəl oğlan, gözəl qız, çal, oyna!