Çaldı getdi
Müəllif: Məxtumqulu Fəraqi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Bu dünya oyunbazdy
Çalğısını çaldı getdi.
Gümrah edib neçesin
Yoldaş deyib aldı getdi.

Aqil: fikr et hər zaman
Yüz köçen var, yüz qonan.
Taxti-aqmandan uçan:
Süleyman öldü getdi,

Ya mürüwetli, şahım,
Ümidim, qiblegahım.
Çox ağlayıb İbrahim
Neyini aldı getdi.

Ciyerin dağlar-dağlar,
Zünnann bağlar-bağlar,
Neçələr ağlar-ağlar,
Neçələr güldü getdi.

NeçƏİer gülə dönmüş,
Gül yanıb külə dönmüş,
Neçələr quma dönmüş,
Neçəler soldu getdi.

Qalarsan yerde bağlı,
Bir bəlli yurda bağlı.
Beyhudə, adem oğlu
Yığdığın qaldı getdi.

Axmaqlıq ilə özüm
Bilmədim dedim sözüm.
Mextumqulu der: gözüm
Qan yaşa doldu getdi.