Çaphaçap
Çaphaçap Müəllif: Xəstə Qasım |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bir gün iki sultan bir taxta çıxmış,
Ox atarlar bir-birinə çaphaçap.
Nazlı dilbər mənə sitəm eylədi,
Könlümün şəhrinə saldı çaphaçap.
Ağlaram, didəmdən yaş, irin gələr,
Əmərəm, ləbindən ya şirin gələr,
Deyərlər qəsrindən ya Şirin gələr,
Fərhad kimi vur, dağları çaphaçap.
Xəstə Qasım deyər: yar, dada1 gəlsin,
Eşqin atəşindən yar dada gəlsin.
Bir namə göndərim yar dada gəlsin,
Qurban ollam sənə qasid, çaphaçap.