Çata-çat (Aşıq Ələsgər)
Çataçat Müəllif: Aşıq Ələsgər |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
El yeridi, yalqız qaldın səhrada,
Çək əstərin, çal çatığın çata-çat.
Hərcayılar səni saldı irağa,
Həsrət əlin yar əlinə çata-çat.
Qışda dağlar ağ geyinər, yaz qara,
Sağ dəstinlə ağ kağıza yaz qara.
Əsər yellər, qəhr eyləyər yaz qara,
Daşar çaylar, gələr daşlar çata-çat.
Ələsgərin xəddi çıxdı çal indi,
”Hey”i «yey”ə, «dal»ı «rey»ə çal indi,
Hərcayının kəlləsindən çal indi,
Çal çəngəlnn, çək ciyərin çata-çat.