Çatmağa gəldim
Çatmağa gəldim Müəllif: Murad Talibi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Dilbər, sənin ilə könlüm bir edib
Canımı canına qatmağa gəldim.
Zülflərin boynuma bir zəncir edib
Başım bir araya çatmağa gəldim.
Hərf içində qəddin bənzər əlifə,
Zinhar, onu görkəzmə gəl rəqibə.
Xuda edən olsa bizə nəsibə
Şirin ləblərindən dadmağa gəldim.
Üzün tər açılan baxça gülzan,
Bülbül təki dartdın naleyi zan.
Mən senin bağından alma,
ənan özüm dərib, alıb getmeye gəldim.
Dünyada görmədim sən tək zalımı,
Rəhmin ğəlib heç sonnadm halımı.
Mən sənin yolunda mülki-malımı
Vafısın bir pula satmağa gəldim.
Üzün yaxşı tər açılan güllerdən,
Mən sənə bağlıyam özgə qullardan.
Arzun çekib, yorub uzaq yollardan
Bir bəllice sözün tutmağa gəldim.
Talibi der. bu gün gəldim şanıha,
Hər gün şorsam, sən qoymazsan yanına.
Bir terəhhüm edib salsan qoynuna
Alma, ənannı tutmağa gəldim.