Çaxçax
Çaxçax (22.12.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Ədalət öz yerin tutdu, gülünc oldu yenə sarsax,
Cəhənnəm sakini artdı, qovuşdu tarixə Arsax...
“Qarabağ Ermənistandır!” deyib, nöqtə qoyan təlxək
Sevincdən yallı da getdi, tələsdi amma darqursax!
Bilirsənmi fələk netdi, yüngülcə çarxı hərlətdi,
Dəyirman bildiyin etdi, baş ağrıtdı yenə çaxçax.
Dəmir yumruq dəyərsə, taxta baş sınmazmı, ay qanmaz?
Dəmir yumruq önündə taxta baş durmaz ki, ay axmax!
Bizim ərlərdə var qeyrət, çəkər el təsibin əlbət!
Boğar yalxı əliylə düşməni, heç çaxmadan çaxmax!
KOMANDAN dağ kimi durdu, gəlib ilhama qoç ordu,
Qarı düşmənlərə vurdu çalın-çarpaz sağalmaz dağ!
Sənin könlündə də, Teymur, bu sözlər həm şüar olsun:
Sevinsin qoy ana torpaq! Ucalsın qoy əziz bayraq!