Çobanın dostları

Çobanın dostları
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bu əhvalat olub, ya olmayıb, bilinmir ancaq nəql edirlər ki, bir şəhərdə kasıb çoban yaşayırdı. Ata ilə oğul çobanlıq edir və şəhərdəki mal-qaranı otarırdılar.

Günlərin birində gənc inəkləri çəməndə otararkən, dənizin kənarında, qumun üstündə böyük bir balıq gördü.

Çoban yolla gedən bir adamla atasına xəbər göndərdi ki, o, qəniməti aparmaq üçün araba ilə dəniz sahilinə gəlsin. Özü isə xəncərini çıxarıb balığın üzərinə atıldı. Balıq quyruğunu bulayaraq insan dili ilə rəhm etməyi xahiş etdi, çobana yalvardı ki, onu öldürməsin.

-Məni dənizə at. Çətin məqamda mən sənin köməyinə gələrəm.

-Mən çətinliyə düşəndə səni neçə köməyə çağıra bilərəm? –deyə gənc soruşdu.

Mənim üzgəçimi götür. Lazım olanda dənizin sahilinə gəl və üzgəci oda at. O, yanıb qurtarmamış mən sənin yanına gələrəm.

Gəncin balığa yazığı gəldi, üzgəci götürüb, onu dənizə itələdi.

-Hanı o böyük balıq, oğul, deyə ata uzaqdan qışqırdı.

O, sevincək araba ilə qənimət dalınca gəlirdi.

-Balıq çox istəyirdi ki, dənizə qayıtsın. O, məndən kömək istədi. Mən ona yardım etdim, -deyə oğul bildirdi.

Ata oğlunu danladı, söydü, hətta onu döymək istədi.

Çoban əsəbiləşmiş atasının yanından qaçdı və meşəyə gəldi. Burada gəzərkən o, şikayət edici inilti eşitdi. İrəli getdi və gördü ki, maralın buynuzu ağacın budaqlarına ilişib. Gənc xəncərə əl atanda maral insan kimi dil açıb, dedi:

- Məni öldürmə, ey insan məni burdan xilas et! Sonra yunumdan bir az çək və özündə saxla! Çətinliyə düşsən həmin yunu oda at və mən qarşında olacaq və xidmətində dayanacağam.

Gəncin marala yazığı gəldi. O, heyvanı budaqlardan xilas etdi, ondan bir az yun qoparıb, yazığı azadlığa buraxdı.

Çoban meşədə çox gəzdi, nəhayət talaya gəlib çıxdı. Bu vaxt o, gördü ki, tülkü qaçır, onu bir neçə ev iti təqib edir. Tülkü bərk yorulmuşdu. O, gəncin ayaqlarına qısıldı:

- Məni öldürmə, xeyirxah insan! - deyə tülkü ağlamağa başladı. Məni bu ov itlərindən xilas elə və quyruğumdan tük qopart, lazım olanda mən sənin köməyinə gələrəm.

Çoban ov itlərini qovdu və tülküdən tük qoparıb, onu meşəyə buraxdı. O, yoluna davam etdi və böyük bir şəhərə gəlib çatdı.

- Qonaq qəbul eləməzsiniz? - deyə o, şəhər darvazasının yanındakı bir kasıb evin qapısını döydü.

- Niyə də qəbul etməyək? – deyə qoca ev sahibəsi cavab verdi.

O, çobanı masa arxasına oturtdu, onu yedirtdi, içirtdi. Sonra çoban şəhərə baxmağa çıxdı.

Bu şəhər həm varlı, həm də geniş idi. Burada çoxlu qəşəng binalar, həm də çox möhtəşəm xan sarayı vardı. Qonaq geri qayıdıb, qarıdan xan sarayında kimlərin yaşadıqlarını soruşdu:

- Oh, yaxşı olar ki, soruşmayasan, oğul! – deyə qarı dərindən köks ötürdü. – Bizim xanın gözünün ağı-qarası bir qızı var. Onun şöhrəti bütün əcnəbi ölkələrə yayılıb. Xanın qızı çox ağıllı və gözəl, qürurlu və qəddardır. Çoxlu mərd insanlar onu nişanlamaq istəyib. Hər birinə o, əmr edir ki, gizlənsin. Əgər qız o, adamı tapa bilməsə həmin şəxsə ərə gedəcəkdir.

Mən axı qorxaqlardan deyiləm? - Mən də gedim, gözələ tamaşa edim!

-Getmə, oğul, - deyə qarı onu yola gətirməyə çalışdı. –Axı sən məni axıra kimi dinləmədin. - Həyatda elə bir adam tapılmayıb ki, ondan gizlənə bilsin. Suyun dibində də olsa, yerin altında da olsa, həmin adamı qız tapacaq. Onun üstündə nə qədər gəncin boynu vurulub.

- Qəm etmə, xeyirxah qarı! – deyə çoban dilləndi. – Axı mən təkcə adi çobanam. Evləndim, evləndim – bunun əhəmiyyəti yoxdur. Bəlkə, mən xan qızına kələk gəldim.

O, saraya gəldi və qışqırdı:

- Ey, böyük xan, mən istəyirəm ağlımı qızının ağlı ilə yoxlayım.

- Qızım, bu divanəyə cavab ver, - deyə xan buyurdu.

Xan qızı cavab olaraq qaladan qışqırdı:

- Elə qizlən ki, mən səni tapa bilməyim, onda mən səninəm. Lakin, əgər mən səni tapsam, boynun vurulacaq. Bunu yadında saxla!

- Mən neçə dəfə gizlənməliyəm? – deyə çoban soruşdu.

- Üç dəfə!

- Yaxşı axtar! –deyə gənc dəniz sahilinə tələsdi, üzgəci yandırdı.

Balıq dənizin dərinliyindən üzüb gəldi:

- Sənə nə lazımdır, cavan oğlan? Sənin qayğın nədir?

O, balıqdan xahiş etdi ki, onu lap uzaqda gizlətsin. Balıq ağzını açdı, çobanı uddu, sonra o, dənizin dərinliyinə getdi və bədəni ilə quma girdi.

Xan qızı qaladan yuxarı, aşağı, dörd tərəfə baxdı. – Heç yanda gənci görmədi. Əgər balıq üzən gəmini görüb ağzını açmasaydı qız gənci tapmaya bilərdi.

- Görürəm, görürəm! Deyə xan qızı sevinərək, əl çaldı. – Çıx sən lap dənizin dibində belə məndən gizlənə bilməzsən.

Çoban balığın ağzından çıxıb, xan qızının qarşısında dayandı.

- İkinci dəfə gizlən! – deyə qız əmr etdi.

Gənc meşəyə gəlib, maralın tükünü yandırdı. Budaqlar tərpəndi, səs saldı və elə o anda maral peyda oldu. O dedi:

- De görək, sənə necə kömək edə bilərəm?

Gənc xahiş etdi ki, onu yaxşıca gizlətsin.

Maral gənci tərkinə aldı və dedi ki, ondan möhkəm yapışsın.

O, külək kimi uçdu. Maral dərələri, dağları aşdı və gəlib, dərin bir mağaraya daxil oldu. O, gənci orada gizlətdi özü isə bədəni ilə mağaranı örtdü.

Xan qızı yuxarıya, aşağıya qaladan dünyanın hər dörd tərəfinə baxdı. Əgər milçək gəncin başının üstündə hərlənməsəydi və maral qalxıb, onu qovmaq istəməsəydi, xan qızı gənci tapmaya bilərdi.

- Görürəm, görürəm mağaradan çıx! – deyə gözəl qışqırdı və sevincindən əl çaldı. – Üçüncü dəfə gizlən!

Gənc geniş düzə gəldi, tülkünün quyruğundan çəkdiyi tükü yandırdı.

-Xeyirxah insan, sənə necə kömək edə bilərəm, Qayğın nədir? – deyə tülkü soruşdu.

- Öz hiyləgərlik kisəni aç və məni elə gizlət ki, heç kəs tapa bilməsin. – deyə gənc cavab verdi.

Tülkü kürən saqqalı olan tacirə çevrildi, rəngli tumacı qoltuğunun altına qoyub, gənci birəyə çevirdi və ona bildirdi ki, bağlamada gizlənsin.

-Mən öz mallarımla xan sarayının qülləsi önündə gəzişəcəyəm, - deyə tülkü gəncə fikrini bildirdi. Xan qızı qəşəng geyinməyi sevdiyi üçün tumaca baxmaq istəyəcək və məni yuxarı çağıracaq. Onda sən onun paltarının ətəyinə tullanarsan. Əgər xan qızı səni tapsa, qoy mənim kürən saqqalımı kəssinlər.

Xan qızı qalada dayanıb, aşağı, yuxarı, dörd tərəfə baxırdı. Gənc heç yanda görünmürdü. Bu vaxt o, qalanın ətrafında gəzişən taciri gördü.

- Kimə əla tumac lazımdır? Ay tumac alan! Kim qırmızı, göy tumac alar? – deyə tacir qışqırırdı.

- Tumacını bura gətir! – deyə xan qızı buyurdu.

- Tacir qalaya qalxdı və mallarını xan qızının qabağına tökdü. Xan qızı tumaclara baxarkən birə qıza hiss elətdirmədən onun paltarının ətəyinə tullandı.

- Hə, qızım, sən bu adamı görürsənmi? – deyə xan səbirsiz halda soruşdu?

- Yox, ata, onu heç yanda görmürəm! – deyə gözəl cavab verdi.

- Yaxşı bax, gözəlim!

Lakin xan qızı nə qədər o yan, bu yana baxsa da, cavanı görmədi.

- Mən onu tapmaq üçün ümüdümü itirmişəm.

Elə bu vaxt gənc çoban öz əvvəlki görkəmini aldı. Məmləkətdə bütün xalq sevindi ki, çoban qəddar xan qızının öhdəsindən gəldi. Toplardan yaylım atəşi açıldı, təbillər vuruldu, zurna çalındı, mahnılar oxundu və böyük məclis quruldu. Burada mən ayı kimi oynadım sonra xalqı oxumaqda, şənlik etməkqə qoyub siz balacaların yanına qaçdım ki, bu nağılı sizlərə danışım.

Mənbə

redaktə
  • Dağıstan xalqlarının nağılları. Bakı,2013