Çobandaş
Rəvayətlər. Çobandaş Müəllif: Şifahi xalq ədəbiyyatı |
Qaracallının üstündəki düzdə bir Çobandaş var. Baxırsan, elə bil yapıncıya bürünmüş bir çoban durub. Deyirlər, bir çoban qoyunu gətirib bu düzdə yatırır. Birdən göy guruldayır, ildırım şaqqıldayır, çoban qoyunlu-quzulu dönüb daş olur.