Çox şükür (Nəbi Miskin)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Çox şükür Müəllif: Nəbi Miskin |
Yazılanlar gəldi başa,
Qələminə çox şükür,
Cümləmizə muraz verən,
Qələminə çox şükür.
Göydən dörd baş kitab endi,
Əzəl başdan İncili,
Biz götürdük ol Quranı
kəlamına çox şükür.
Şivəni-məhşər günüdü,
Yarəb, kim çəkir zillət?
İsrafil surun çaldı
gəldi nə ki, var millət.
İbtida əfv olundu
Gər ümməti-Məhəmməd,
Əl götürüb duvaqılan
Salamına çox şükür.
Gəl biçarə Şair Nəbi,
Sərin sevdaya düşdü,
Çatıldı o qıl körpü
Neçə mömün qullar keçdi.
Quruldu mizan tərəzi,
yarəb nə hikmət işdi,
Bizdə gəldik bu divana,
divanına çox şükür.