Öldüm, nedeyim, derdimi bir yara deyən yox
Öldüm, nedeyim, derdimi bir yara deyən yox Müəllif: Mirzə Mehdi Şükuhi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Öldüm, nedeyim, derdimi bir yara deyən yox,
Neylim ki, bu biçarəyə bir çare deyen yox.
Ol zülfüperişandır edən könlümü viıan,-
A1 şanə ele zülfunü bir dara, - deyən yox.
Aşıq dilini özgə ne anlar, bir özüm tek
Yüz min dil ile yalvaıa-yalvara deyən yox.
“Ne beylə çəkibsen üzə ol zülfi-siyahı?
Gel verməgilən cənnəti küffara”-deyən yox.
Zülfün yele venne ki, verər ömriimü badə,
“Çox vermə həva beyle xatakara”-deyen yox.
Biçarə Şükuhi! Səni öldürdü bu zalım!
Səd ah, bu keyfiyyeti sərdara deyən yox.