Ömür oldu tamam
Ömür oldu tamam Müəllif: Ağ Aşıq |
Ömür oldu tamam, gün oldu tamam
Götürün çevirin qibləyə məni
Dursun namazıma on iki imam
Yetirin cənnəti-əlaya məni
Xəzan əsdi vaxtsız soldu güllərim
Yetişsin imdada Xudayi-Kərim
Eldə qalan nəsihətli sözlərim
Qaldıracaq ərşi-əlaya məni
Ellər gələr Ağ Aşığın yasına
Süsənbər qərq olar qəm dəryasına
Ya Rəbb qıyma onun cüt balasına
Aparın sənadan üqbaya məni