Öpəydim (Molla Pənah Vaqif)

Öpəydim
Müəllif: Molla Pənah Vaqif


Əldə ayna, gözə sürmə çəkəndə
Ala gözün bulağından öpəydim
Zənəxdanın çevrəsindən, xalından
Qələm qaşın qabağından öpəydim

Zülf ilən bəzənib gələndə üzün
Yenə can almağa qəsd edir gözün
Vəsfi-zəbanından çıxanda sözün
Dilin, dişin, dodağından öpəydim

Alaydım yaşmağın, açıb kəmərin
Çıxarıb əynindən zərbafın, zərin
İyləyb-iyləyib zülfi-ənbərin
Üzdən sonra buxağından öpəydim

Vaqifin bağrını döndərib közə
Yar odur yarının gövrünə dözə
Yarım sallanıban gələndə bizə
Düşübən əl-ayağından öpəydim.

Mənbə redaktə