Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin
Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin Müəllif: Məhəmməd Füzuli |
Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin
Kim, görən bir gəz olur, əlbəttə, heyranın sənin.
Kakilin tək başına cizginmək istər xatirim,
Ey mənü yüz mən kimi sərgəştə qurbanın sənin.
Arizin dövründə cəmiyyətdən olsun naümid
Olmayan aşüfteyi-zülfi-pərişanın sənin.
Çün əcəbdir lələ guyalıq, nə möcizdir bu kim,
Eylər izhari-süxən, ləli-dürəfşanın sənin.
Çərx yayından atıldı canıma tiri-əcəl,
Leyk ondan tizrək dəprəndi müjganın sənin.
Daği-hicranın odun bənzətmək olmaz duzəxə,
Olmasın kafər əsiri-daği-hicranın sənin.
Ey Füzuli, öylə kim bimari-dərdi-eşqsən,
Yoxdurur ölməkdən özgə hiç dərmanın sənin.