Öylə sərkeşlik edir sərvi-qədi-rənası
Öylə sərkeşlik edir sərvi-qədi-rənası Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.59. |
Öylə sərkeşlik edir sərvi-qədi-rənası
Ki, yetişməz bəni-üftadəyə istiğnası.
Əl uzatmaq üçün sağərə yetməz mey ola,
Saqinin guşeyi-çeşmilə bizə iması.
Bir kərəz xatiri-pürçininə yol tapmiyəli,
Səri-kuyindəki matəmzədələr qovğası.
Meyli kəcrulərəvü lütfi dürülər caridir,
Xubluq rövzəsinin sərvi-güli-rənası.
Bəsi bənzər qədinə sərvi-səhinin, ya Rəb,
Bicəhət durmağ ilə bunca nədir dəvası?
Üstüxani-tənimi eşq hüması götürür,
Yerdə qalmaz kişinin yaxşı isə kalası.
Olmasaydı itigi həlqə bequş olmaz idi,
Sadiqi, mehrü vəfa təkyəsinin babası.