Üç dostluq
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Mənzum hekayə

Qulaq as, duzlu bir hekayətdir,
Məzəli, gülməli rəvayətdir.
Sal nəzer Dağyanus vilayətinə,[1]
Dİqqət et vezinə, cemaətinə,
Gör nə aləmdı, bir nə işlər var,
Nə əcaib yoxuş, enişlər var,
Üç nəfər mərd, sahibi-iyman,
Üçü bir yeıde etdilər peyman.
Biri molla, biri müddərris İdi,
Fitrəten hər ikisi də pis idi.
Leyk yoldaşlan olan əllaf
Hemi dindar idi, hem də adəmi-saf.
O da aldandı bunlann sözünə,
Quyu qazdt həqiqətan özüne.
Getdilər oldular yalan şahid,
Bəlkə, bir mənfəət ola aid.
Düz damşdı şahidlerin qalanı,
Bunlann çıxdı zahire yalanı.
İstəyib salsın özgəsin cələye,
Düşdülər özləri həman teleyə.
Üzə düşdü axırda iş naçar,
Oldular bir böyük qezaya düçar.
Çün silistçi işi silist etdi,
Üçü birden gurultuya getdi.
Padloq iş çıxdı çünki meydanə,
Saldılar hər üçün də zindanə.
Zamine, zalikə buraxmadılar,
Çox vəsatət olundu, baxmadılar.
Qatdılar bir kiçik, kifir qəmirə,
Ora olmazdı bir əhed de gire.
Nə qoyurlardı şey gətirsinler,
Nə bir addım yaxın götürsünler.
Kişilər qaldılar, yanmqann, ac,
Qalanın beysumatina möhtac.
Dişləri tutmadı yavan qalacı,
Çünki həm bərk idi ve həm de acı.
Üçü də qaldı damda baxa-baxa,
Ruzgar ile oldu əlbeyaxa.
Neçe ay keçdı boyle zillet ilən,
Zehmetü möhnetü məşeqqet ilen.
Üçünün də ağardı saqqalı,
Yuna döndü yazıqlann yalı.
Biri aciz, yazıq bir adəm idi,
Cürətİ, həm cesarəti kəm idi.
Azca qalmışdı sinəçak olsun,
Qorxudan partlasın, həlak olsun.
Nə qədər verdilər ona təskin,
Olmadı sakit, etmedi təmkin.
Çığınb, nerə sübhü şam eledi,
Yeyib-içdiklərin haram elədi.
Gördülər qaimayıbdır tab əsla,
Yığışıb bir gün etdİlər şura;
Edəler nadziratelə təklif,
Belke, bir növ İlən verib təxfıf,
Bunların yerini dəyişdirsin,
Bəzi əşxas ilə görüşdürsün.
Yazdılar bir ərizə surətini,
Açdılar mətlebin həqiqətini.
Şarh edib iziganə her üzünü,
Dedİler lap sehihini, düzünü
Ki, bı'zə tənglik eyleyib təsir,
Çox danşhqdır, olmuşuq diigir.
Qalanın biz yeyenmirik çörəyin,
Görmürük qövm-qardaşın köməyin.
Qalmışıq damda ac-susuz, heyran,
Qoymuyurlar gelə nə bir insan,
Bircə yorğan, bir döşək gətire,
Laməhalə yavan çörək getirə.
Dəxi btzdə nə tab var, ne təvan,
Müxtəsər, çarə qıl, amandır, aman!
Nadziratel ərizəyə baxdı,
Gördü yazdıqlan tamam haqdı.
Mətləbin əsil fərini qandı,
Ürəyi xeyli onlara yandı.
FÖvri qıldı prokrora melum,
İşi təfsilən eyledi məfhum.
Sərgüzəşti açıb əyan etdi,
Birbəbir hər üzün bəyan etdi.
Yazdı var damda üç nefer piran,
Halı əfsürdə, gözləri giryan,
Yerləri çox olubdu narahət,
Çox çekirler türmədə zəhmət.
Qocahqdan olublar bitaqət,
Qocaya eylemək gərək hörmet.
Sən özün razı olmasan bu işə,
Bir güzarın əgər bu səmte düşe,
Bura bir iitifat edib gəlsən,
Buları boylə vəzilen görsen,
Ürəiyn çox çətindi tab eləsin,
Belə zülmü bica hesab elesin.
Bir də insaf deyil bu ağsaqqal
Kişitər burda ta ola pamal.
Oniara yaxşı bir məqam gərək,
Çınki piranə ehtiram gərək.
Çox qaranlıqdı. yerleri dardı,
Yanlarında böyük qəmir vardı,
İzin ver ya dəyişdirək yerini,
Ya qataq ayn-ayn her birini.
Yalı-koppalı boylə ağappaq
Kəsləri eyləmək bu cür dustaq,
Hansı dinə, təriqətə yaraşar.
Harda bir zülm boylə həddan aşar.
Buraxaq qoy çıxıb dolansınlar,
Kölge yerlərdə daldalansınlar.
Etməsİnlər məni de narahət,
Vennəsİnlər başağnst, zəhmət.
İltimasım budur cənabmdan,
Məni qurtar bunun əzabmdan.
Bu erize prokrora getdi,
Bircə bax, gör fələk nələr etdi.
Bu sözü qoy qala bir az dəmdə,
Qulaq as başqa ərzime, həm də.
Fikr ver bir kelamə diqqət ilən,
Deyirəm gör senə nə ləzzət ilən.
Əmilər qaldılar haman damda,
Müntəzir həm səhər də, axşam da,
Ta ərizə gedib qəbul olsun,
Bəlkə, bir menfəət hüsul olsun.
Biri bir gün dedi üzüm qaşınır,
Çün keçibdir hənası, anlaşılır.
Xəttİmiz yun kimi solubdu tamam,
Olmuşuq çox kifir və biəndam,
Bizə xəlq az qahb baxanda qusa,
DÖnmüşük lap yehudiyə, urusa,
Bu, həqiqətdə çox günah işdi,
Oxşasın xaçpərəstə bir məşədi.
Qədəğən indi ki, deyil bu həna,
Yoxdur əsla mümaniət də ona.
Nə üçün boylə fürsəti itirək,
Boş yere bu vəbalı biz göturək.
Di gəlİn, saqqalımızı boyuyaq,
Bİr doynuca hena və rəng qoyaq.
Üçü də bu sözü qəbul etdi,
Bir kluçnik çağırdılar, getdi
Bazara rəng ilən həna aldı,
Getirib isladıb suya saldı.
Yaxdılar hər üçü de üzlərine,
Sürtdüler başlarma, gözlerinə.
Bir saatdan sora yuyub silcək
Hamısı oldu qapqara şəvətək.
Xınaru, rengi yaxmaq ilə həman,
Oldular bir otuz yaşmda cəvan.
İndi boylum eşit prokurordan,
Mən senə nəq! edim, biryol ordan.
Prokuror ərzəni edib təsdiq,
İstədi eyləsİn işi tədqiq.
Gəldi birbaş türməye girdi,
Əwəla nadzirateli gördü.
Bir klyuçnik de oldu çün lazim,
Çağınb bahem oldular azim.
Qapısın taki açdılar qəmirin,
Qavzayıb halqasın, salıb dəmirin,
Gördülər üç nəfər qarasaqqat,
Bulan birdən etdi istİqbal.
Üçü də diksinib çəkildi gerİ,
Sonra birden təpildilər içori,
Diqqətilen doiandılar bir də,
Qoca yox, gördülər həman yerdə
Üçü də ortabab, cevan kişıdi,
Ucaboy, şəstli, pəhləvan kişıdi.
Nadzİratel görəndə bu halı,
Rəngi qaçdı, pozuldu əhvalı.
Əlbəəl çaşdt, lap İtirdi özün,
Dili çəpləşdi, anlamırdı sozün.
Fövri baxdı prokrorun üzünə,
Çaldı birden ikielli dizinə.
Dedi, ey vay, yaman günə düşdüm,
O adamlar deyil ki, görmüşdüm.
Nasıl onlar bu cür cevan oldu,
Yoxsa ecazıdır əyan oldu.
Görəsən ya olar çıxıb da qaçıb,
Ya ki bu, başqa bır qəmirdir açıb.
Men görendə üçü de yaşlı idi,
Saqqal ağ, ağılh-başh idi.
Yoxsa olsaydılar bu hatətdə,
Vermez İdim riza, həqiqetde,
Gəzələr arxayın, həm asudə,
Əməyim sərf olubdu bihudə.
Prokuror bir cəvan idi, səffak,
Baxçağm bunlara olub qəmnak,
Gördü dustaqları bu halet ilen,
Qeyzə gəldi, soruşdu hiddət ilən:
“Hanj bəs sen nişan verən qocalar?
Görsənən, burda ayn biclİk var.
Buraxıbsan qaçıb günəhkan,
Qatmısan yerlərine bunları.
Sən böyiik rüşvət almısan, şəksiz,
Yoxsa olmazdı bu kələk hərgiz,
İndi söz yox bunu danarsan sən,
Sora təkİifıni qanarsan sən.
Yazaram, tez səni çıxartsınlar,
İşe salstnlar, hebsə qatsınlar.
Ola her nadziratelə ibrət,
Ta aristanta qoymaya hörmət”.
Qorxudan tİtrəyirdi zindanban,
Yox idi nitqə onda tab-tevan.
Nə qədər and içib, aman ctdi,
Prokuror baxmayıb çıxıb getdi.
Müxtəsər, nadzirateli bir də
Əmilər görməyib haman yerdə,
Qaldılar damda bir uzun müddet,
Oidukr qövm-qardaşa həsrət.
Tapdılar bir behişt əlamətini,
Gördülər hem onun kəramətini.

  • "Molla Nəsrəddin", 2 və 9 mart 1917, N 4 və 5

Qeydlər

redaktə
  1. Əfsanəyə görə qədim zamanda Naxçıvan mifik padfah Dağyanusun adı ilə - Dağyannus adlanırmış.