Ürəklər yaralanıb, oğurlanıb ümid

Ürəklər yaralanıb, oğurlanıb ümid! (1993)
Müəllif: RAUF CAVAD

Ürəklər yaralanıb, oğurlanıb ümid!
Ağ vərəq qaralanıb, oğurlanıb ümid!

Qəlblərdə nə çox arzular, ümidsiz qalıb!
Yorulub xəyalımız, rəngimiz saralıb!
Nədən dünyamız böylə qap-qara qaralıb!
Ümidlər, ümidsizliyə uğrayıb dalıb!
Sanki qəlblər bulanıb, oğurlanıb ümid!

Həyat olub qara mürəkkəb, yaşamaq zor !
Ümidsizlik başın alıb, hara gediyor!?
Gəl ey ümidlərin Sahibi, dərdləri sor!
Könüllərə məlhəm ol, dərd səbəbləri sor!
Dünya artıq korlanıb, oğurlanıb ümid!

Saflıq qalmayıb az bir kəslərdən savayı!
Çox az qalıb artıq yaxşı şəxslərin sayı!
Getsə dövran belə pis, payız, qış, yaz, yayı,
Hamı sayacaq ki, bitsin ömür gün ayı!
Fikirlər də zorlanıb, oğurlanıb ümid!

Hər gün yıxılır ümid, kömək edən yoxdur!
İlahi, tapdalanır həqq, zülm edən çoxdur!
Niyə qanmır zalım insan ki, zülm günahdır!
Yerdən göyə qalxan ümidlər, məzlum ahdır!
Sözlər bezib, can yanıb, oğurlanıb ümid!

Yenə də ümidi Yaradandan kəsmirəm!
Sanmayın ki, dəli külək kimi əsmirəm!
Son ümidi-m tək Ədaləti gözləyirəm!
Gəl Rəhm eylə Rauf sevgini özləyirəm!
İnsanlar pis aldanıb, oğurlanıb ümid!