Üstünə (Baba bəy Şakir)
Üstünə Müəllif: Baba bəy Şakir |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Qaradır üzümüz haqq dərgahında,
Kef ustə kef gələr damaq ustunə.
Vilayət məğşuşdu, zulm bihesab,
Bir üz də salarıq yamaq üstünə.
Bu dövranda hünər söhbəti bitdi,
Bərəkət qeyb oldu, kişilik itdi,
Kərəmli kişilər rəhmətə getdi,
Kələf cözələndi yumaq üstünə.
Naiblər mahalı xali tapdılar,
Bəyzadələr kənd - kəsəyi capdılar,
Daşdan yumşaq nə gördülər, qapdılar,
Qapqara yaxdılar dumağ üstünə.
Cuxam cula dönüb, yırtılıb kürküm,
Kecib boğazıma sürtülmüş börküm.
İnsafdan, murvətdən danışsa hər kim,
Tökülər yüz yerdən comaq üstünə.
Kimin ki başından aşardı varı,
Tapılmaz evində bir canaq darı.
Yollanaq Tiflisə, tapaq sərdarı,
Hərəmiz bir yandan cumaq üstünə.