Üstədi (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Üstədi (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Hal-əhvalın ay nazənin,
Vallah bahar, yaz üstədi.
Dilimdən düşməz tərifin,
Əksin telli saz üstədi.

Dava-şavanı duymuşam,
Mən də felinə uymuşam.
Bilmə ki, səndən doymuşam,
Himim bircə söz üstədi.

Bəndəm bircə oxşayışa,
Bülənd edim min alqışa.
Məmmədhüseynlə gəz qoşa,
Könlüm xoş avaz üstədi.