İçim yanar, can istər öpsün yarın bal dodağın

İçim yanar, can istər öpsün yarın bal dodağın! (2000)
Müəllif: RAUF CAVAD

İçim yanar, can istər öpsün yarın bal dodağın!
İzin ver ki, öpüm sevgili yar, o gül yanağın!

Sarılıb yarın boynuna, yonum qara saçların,
Oxşayıb saçların, darayım Dilbərin saçağın!

Sıxıb candan qucaqlayım bu Gözəli bağrıma,
Alsın isti qoynuna, vursun ürəyimə dağın!

Sinəsi səhrayə bənzər, içməli bulağı var,
Axar pak su kimi zəm-zəm, əmər körpə süd-yağın!

İki dağdır, sanki bənzər ağ bədəndə kürəyə,
Yapış bu əzəmətə, dindir al eşqin sorağın!

Gəl ziyarətə elə Məşuqun dərdi-bəlasın,
Aç sevgili yarın qapısın, o sərin otağın!

İncitmə qəm daşın, öp incə, qara gilə daşın,
Ağla doyunca sonra ehmalca qaldır balağın!

Ya Rəb, bu nə gözəllik ki, bizə bəxş eyləmisən,
Göstər Aşiqinə ey Yar, görsənsin qara-bağın!

O səhnə bu günə bənzər, elə müsibətdir ki,
Sancılmış ürəyə hər tərəfə ox, solun-sağın!

Üzü al-qana bulaşıb, bəzənib Lalə kimi,
Sınıb qol-qanadı düşüb qızılgülün-yarpağın!

Sızlar içim, coşar, qopar tufan dəli könlümdə,
Yar, istərəm olam yorğanın, öpəm əl-ayağın!

Bu əsərlə Rauf vəsf eylər sevgili Cananı,
İstər ki, kaş ola Sahib Zaman, hər gün dayağın!
           ...Müəllif:Rauf Cavad