İçimdə qopuq, çox qərib bir səs var
İçimdə qopuq, çox qərib bir səs var (1997) Müəllif: RAUF CAVAD |
İçimdə qopuq, çox qərib bir səs var,
Dayanmadan bu səs yarın soruşar.
Qalıb tənha qəlb fikirləri ilə
Döyünür durmadan, can, düşüb ağlar.
Düşünür gecə-gündüz o sevdiyin
Xəyalında, quraraq xoş arzular.
Dalıb fikrində qəlb çox uzaqlara,
Yaxınlaşdırır uzağı xəyallar.
Səsləyir yarını köməyə, yarı,
Bəlkə gələr yarı, yarasın sarar.
İtirməyib qəlbində o ümidin,
Yaşadır hələ də sevgisin ilqar.
Aşiqdir sevdiyinə sevən o kəs
Ki, qəlbi eşq atəşi ilə yanar.
Rauf, kim olmuşsa eşqinə sadiq,
Düşər gecələr, ağlar qəlbi, zar-zar.
...Müəllif:Rauf Cavad