İşçi (Əhməd Cavad)

İşçi (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Dəmirdən qolların, daşdan duruşun,
Boğulmuş rənginlə, çəkic uruşun;
Boğunuq səsində canlanan vüqar,
Vüqarla gəziyor diyarbədiyar.

On beş il oldu, görənlər bilir,
Köhnə dünya bir gün yalanlar qusdu.
Milyonlarca xalqın susdu vicdanı,
Əyrilər hayqırdı, doğrular susdu!

Ucaldı cəlladın əmrü-fərmanı,
Kəsilən başların töküldü qanı.
Dəyişdi hər şeyin əski mənası,
Qasırğalar çökdü, yıldırım çaxdı!

Çoxaldı dünyanın matomi, yası,
Tanrılar dünyaya yenidən baxdı!

Döndü dumanlara yüksolon ahlar,
Eşqin matəmini dutdu günahkar!
Çoxdan çiçək görüb güləməyən çöllər,
Buzlu, qarlı çöllər bitirdi lalo!

Uğursuz bir qüvvət çöküb hər yerə,
Əlində bir suslu, qanlı piyalə!
Dərman zənn eyləyib düşdüyü dərdə,
Sevənlər də içdi, sevməyənlər də!

Varlının gəliri, xalqın ziyanı,
Birləşib ikisi - bir oldu adı!
Milyon insanların qusduğu qanı,
Beş-altı sərsəri içib doymadı!

Yıldırımlı bir səs, bir sıcaq nəfəs,
Söylədi dünyaya: “Daha bəsdir, bəs!..”
Bəşər dərdlərinin dərmam birdir,
Doğru bir yol ancaq gələcəkdədir!..