İcazə vermə, bir kimsə səni aldatsın
İcazə vermə, bir kimsə səni aldatsın! (1997) Müəllif: RAUF CAVAD |
İcazə vermə, bir kimsə səni aldatsın!
Fırladıb min-bir söz ilə cümlə daş atsın!
Hiylə qurur o kəs ki, var niyyəti murdar,
Gizlənir arxada, məqsədi var, fırlatsın!
Hiyləgər, sözü vurur gah nala gah mıxa,
Söhbəti fırladır ki, pis yalanı satsın!
Bilən varmı ki, ağ yalan kimdən utanır?!
İnsan, gərək ağ rəngə qırmızı rəng qatsın!
Gör nə qədər yalan-palan gizli dolanır,
Xalqı dolayır, bu ilanın başı batsın!
Kordur ilan, iki gözü görmür gerçəyi,
Dili zəhərdir, sancır ki, hədəfə çatsın!
Kimin ismi Əbləhdir, pis nəfsi İblisdir,
İcazə verməz o, xalqı kimsə oyatsın!
Rauf, gəl eyləmə səs, deyir nadan İblis!
Qoy, şirin yuxuda yatan, qoy hələ yatsın!