İdil kənarında

İdil kənarında (1913)
Müəllif: Nəriman Nərimanov
İlk dəfə 1913-cü ildə Bakıda "İqbal" qəzetinin 27 sentyabr tarixli nömrəsində dərc olunmuşdur.
Mənbə: N.Nərimanov. Seçilmiş əsərləri. Bakı: "Lider nəşriyyat", 2004. 496 səh.


(Bir romanın başı)
 
 
Nә gözәldir İdil çayı!
 
Hacıtәrxan dairәsindә bu çay daha gözәl nәzәrә gәlir. Bu dairәdә buna çaymı, ya bir uzun göl, ya bir uzun dәniz dә desәnyaraşar! Hәqiqәt, çay axar suya deyirik, deyilmi?
 
Hacıtәrxan dairәsindә İdilin haraya axmasını ancaq su üzәrindә üzәn taxta parçalarından vә qeyri suda üzәn şeylәrdәn dә bilmәk mümkündür. İdil hәqiqәt axırsa da Kür vә Terek kimi qıjıldamır. Sәssiz-sәmirsiz böyük, geniş, hәmvar, gözәl, mülayim, mәğrur İdil müdam hәrәkәtdә bulunursa da, gah vaxt suyun üzü şüşәdәn körpü yapılmış kimi nәzәrә gәlir.
 
İdil bu halәtindә xüsusәn gecә ay işığında daha ziyadә görünür. Ay işığında suyun nazik, xırdaca lәpәciklәri ürәyi saf, ruhu tәmiz, tam vücudu mәhәbbәt ilә dolmuş gözәlin şәfәqli, mehriban gözlәrinә bәnzәyir.
 
Bu gümüş şәfәqli lәpәciklәrә diqqәt ilә baxınız: biri batır, әvәzinә bir qeyrisi şәfәqlәnir. Guya utancaq bir gözәl gah sizә baxır, gah yerә....
 
Ah, bu gözlәrdә olan nәzakәt, mәhәbbәt, hissiyyat hansı bir әzada ola bilir? Öylә bir gözlәrә diqqәt ediniz: sizi sözsüz dәvәt edir. Sizi dünya mәşәqqәtindәn, müdam hәyat müharibәsindәn bir neçә saat xilas etmәk istәyir. Siz gedirsiniz yaşıl ot üzәrindә әylәşib gah buludsuz göyә, gah bu ox kiprikli mәhәbbәtlә dolmuş gözlәrә baxırsınız, sözsüz-felsiz bir-birinizi düşünürsünüz. Qeyri bir halәtdә bulunmağınızı hiss edirsiniz.... Belә bir halәtdә dünya mәişәtini, saatda qәlbinizi pozan, qanınızı xarab edәn işlәri bilmәrrә unudursunuz, unudub da әcәba, bu halәt, bu lәzzәt nә üçün hәmişә müyәssәr deyil deyib fikrә gedirsiniz....
 
Bu gümüş şәfәqli nazik lәpәciklәr dә sizi mәhәbbәt alәminә dәvәt edirlәr. Onlar guya deyirlәr: bәsdir, zәhmәtdә bulundunuz. Tam gün mәşәqqәtdә bulunan әzaları rahat ediniz. Mәhәbbәt nә olduğunu düşününüz....
 
Ah, nә gözәl mәnzәrә! Nә gözәl alәm! Diqqәt ilә baxıb da qulaq asınız bu nazik lәpәciklәr nәlәr söylәyirlәr. Necә şirin nәğmәlәr oxuyurlar....
 
Ana balasını "layla balam, layla" sözlәri ilә rahat edir, deyilmi? Siz dә gәrdişi sevirsiniz isә haman laylanı bu lәpәciklәrdәn eşidirsiniz.... Ürәyiniz aram ilә döyünür, ruhunuz artıq dәrәcәdә lәzzәtdә bulunarkәn fikir edirsiniz. Әcәba, başımda tam gün dolanan qara fikirlәr, ürәyimi hәr saatda, hәr dәqiqәdә iztiraba salan işlәr harada qaldı?
 
Tamam vücudunuz ilә gәrdişә tabe olub da öz-özünüzә deyirsiniz: mәn sevirәm, mәn hamını sevirәm....
 
Canlı, cansız şeylәr, bu oturduğum qayıq, bu qayığın dörd tәrәfindә balaca lәpәciklәr, bunlara işıq salan ay, bu üstümdә baxan ulduzlar, bu qayıq altında üzәn balıqlar, o kәnarda gәzәn heyvanlar, bu heyvanlara sahib olan insanlar--bunlar, bunlar hamısı guya mәnim mәhәbbәtimi tәlәb edirlәr....
 
Fәqәt bir az keçmiş gördüyünüz vә mәhәbbәt bağladığınız mәnzәrә tәğyir tapır: odur, bir böyük paraxod tapbıldaya-tapbıldaya var qüvvәtlә suyu yara-yara gedir dә İdilin hәmvar üzünü çaxnaşdırır. Zorba lәpәlәr paraxodun hәr iki tәrәfindәn, "şişş", sәslә bir-birini qovurlar. Rastlarına gәlәn ufacıq qayıqları, ölüm çanaqlarını bir neçә arşın yuxarı qalxızırlar. Dağın başında bir uçuruma düşәn şey kimi balıqçılar bu ölüm çanağında gah yuxarı qalxırlar, gah birdәn quyuya bәnzәr iki lәpә arasına düşürlәr. Fikir edirsiniz.... Budur, qayıqçılar hazır suya qәrq olacaqlar....
 
Mәnzәrәnin belә bir tәğyir tapmağı halınızı büsbütün dәyişir. Sizә layla vәd edәn lәpәciklәrin әvәzinә zorba, dәhşәtli, hirsli lәpәlәr, paraxodun suyu yarıb iti getmәyi, balıqçıların tәhlükәli halları, sәs-küyültü, fışıltı sizi yuxu alәmindәn yenә mәşәqqәt alәminә salır.
 
Yenә әski fikirlәr. Yenә müharibә, yenә hәyatı hifz edәrkәn hәyatı puç etmәk, yenә dә tәrәqqi-tәnәzzül, büğaz, hәsәd, kizb, yenә dә qanlı başlar, şad-xürrәm qәhqәhәlәr, yenә dә acından quru yerdә zır-zır edib can verәnlәr, qaz әti ilә plov yeyib qu balış üstә istirahәt edәnlәr, yenә millәt naminә işlәyib millәti satanlar.
 
Ah, gözәl İdil, mәn bu fikirlәrdәn bir neçә saat azad olmaq istәdim, ruhum, bәdәnim mәnim tәbii yorunuq istәrkәn mәn sәnin nazik, nәzakәtli lәpәciklәrinә pәnah gәtirirdim.