İdilboyu acları
İdilboyu acları Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.222 |
Kimlərdir şu keçən səfil qafilə?
Ovurdlar çökmüş, gözlər batmış yas ilə.
Şu gənc qadın bir ay əvvəl gözəldi,
Əli tumbul, pənbə, zərif bir əldi.
Şimdisə quru gəmik, bir dəri,
Oxunur içində ölüm əsəri.
Əlindən tutduğu baxtsız yavrucuq,
Qarın şişkən, bacaq, qol, üz qavruq.
Bir qazalaq şimdi ötədə pürnur,
Qoşar alır, yalar, yalar, ovulur.
Bir qaç saat qaldı ancaq mərkəzə,
Orada baxarlar əlbəttə bizə.
Biz tam üç il bütün artan məhsulu
Verdik, qoruduq əsgəri, həm yoxsulu.
Bizim milyonlarla yoldaşımız var,
Onlar bizi məhəbbətlə qucaqlar.
Nə yapalım, yağmadı qətrə yağmur,
Dedi fəqət gətirdiyin heç fütur.
Bu cəbhənin də şəhidləri həm olur,
Bu uğurda ölənləri ad bulur...
Faciəyi görən gözüm yaşardı,
Volqa hissiz, mərhəm ətsiz axardı.
Qəlbə tazə qüvvət ilə qafilə,
- Başında о mühib, vüqur əmələ.
Təvəkkül təkrar düzəldi yola,
Yardım gərək ta səfalət son bula.