İftira
İftira Müəllif: Əliqulu Qəmküsar |
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Mən çox təəccüb edirəm bu musurman qardaşlara ki bu qədər bir-birlərinə zülm, ədavet, şeytenet, xəyanət elədikleri bəs deyit, indi də başlayıblar bir-birlerinə iftira deməyi və böhtan atmağı.
Fazil Məcusİnin rəyinə görə ki, TÖhfənin aşağısmda yazıbdır: ƏlbÖhtanu əqbəhu min əməlii-müsliman, yəni bobtan bir şəxsin haqqında demək müsəlman işində de pisraqdır, Gərek insan iftiradan, böhtandan uzaq olsun.
A kişi, insaf ele, bu yekəlİkdə də iş olar ki, bir sarsaq Bəhlulun birisi Bakıdan götürüb Kaşi kimi bir kişıyə böhtan atsın və yazsın ki, Allah eleməmiş guya Hacı Kaşi bİr gecə piyan halətində gəlib Hacı Şeyxəli karvansarasınm dalandannt ki bir qoca kişidir, qaranlıqda qucaqlayıb, “hər çe pişayəd xoş ayəd” - dcyibdir?!
Dilim lal olsun bu sözləri damşanda adamın tükləri biz-biz olur və min dəfo istiğfar edir. Həcərüləsvəd kimi müqəddəs bir daşa sürtülən bir dodaq araq-çaxıra dəyərmi? Demirəm, bəlkə, hacının ticarəttnin pərtliyi və islam aləminin indiki vəzi-həvasi pərişan edib özlüyünden çıxartmış imiş, yoxsa haşa və kella ki hacıya bu cür isnad vermək cayiz olsun?!
Bu cür böhtanlardan bizə gündə yüz yerdən yazırlar va həmİşə biz idare tərəfındən o əşxasə cavab veririk ki, istiğfar ediniz ki, sizin günahınızın odu bizi de yandırar, qorxun Allahdan və cehennəm ozabından. O cümledan birisi axmaq-axmaq götürüb Bakıdan bizə gör nə yazır, gör sən allah bir elcən uşaq buna inana bilər?!
Məsələn, yazır ki, men Tiflisdən gəlib çıxdtm Yeldöyon şəhərinə və burada mənə bir hamama getmək lazım oldu. Vəqti ki getdim hamama və manim Tiflisdən gelmiş bir şair olduğumu duydular, məni “Molla Nəsrəddin” müxbirlərindən hesab edib o qədər vurdular ki, enim ilə uzunum bərabər oldu və indi neçə vaxtdır həkimə düşmüşəm, yorğan-döşəkdə yatıram və işi vermişəm edliyyə divanxanasınave... ve... və...
Vaqiən bu böhtanı gene başqa şəhərin haqqında desəydilər bir növ inanmaq olardı, Amma Bakının barəsinde, doğrusu, monim ağlım kəsmir ki, Bakı kimi dinc və rahat yerde belə bir yutıcılıq əmələ gəlsİn. Bakılıya hərçənd ki belə-belə çox isnadlar verirler və deyİrlər ki, bakılı deyılon insan o qədər bəd əvi və adamxordu ki, nəinkİ b'ir Bakıda, hətta her il yayda məden sulanna yaylağa gedəndə orada qoçubazhq eləyir və dəstə saxlaytr ve hətta bir il Yussentukidə bakılılar parkın içində otı minlər ilə adamuı gözünün qabağmda deste-dəste olub atışıblar da. Amma mən imanım, mən dinim bunlar deyil məger iftira və yalan sözlər. Bakılılar hər il Petiqorskiyə gedirlər ki, oranın müsəlmanlan üçün qebiristan yeri hasarlatsmlar vo moscid tikdirsinlər. Hərçənd ki keşiş ağa bu işlərə maneçilik eləyir, nəinki atışmağa. Amma ne dəxli var insan gərək hemişə ehtiyat ilə dolansın və yarağın əldən qoymasm, çox da ki oramn adamları fəqir uruslardı və kənardan gələnlər də hamısı əyan-əşraf və nücəbadırlar. Bakılı niyo qoçusuz şəherindən qırağa çıxır?
Bu cür böhtanlardan hər yerdə, her şəhərde var. Gorürsen Naxçıvandan götürüb yazırlar ki, burdan bir nəfər eyan gedib CuLfaya özüne fərş almağa və bir dana fərş bir münasib qiymətə bir şəxsdən ahbdır bu şertlə ki, pulunu sonra bir əlahiddə adam ilə gönderib malım həman pul gətirəne versinlər, Ittifaqən heman sevda olunan yerde Naxçıvamn mömin bəylərindən dəxi bir nəfər var imiş və bu fərşin ucuz və münasib qiymete alınmağına həsəd apanrmış. Fərş atan çıxıb Naxçıvana gedendən bir gün sonra həmin cənab mömin bəy özü fərşin pulunu aparıb fərşsatan Kablayı əmiyə verir ki, dünenki şəxs gondəribdir ve fərşi özü götürüb aparır Naxçıvana, salır otağıııa, başlayır onun üstünde pak-pakizə namazın qılıb və ibadətinə məşğul olmağı. Daha əsil fərş atan nə qədər dad-fəryad edir, axın bir yana çatmır. Deyir, özüm almışam ki özüm almışam.
İndi sən Allah, insaf elə bİz gələk belə-belə böhtanlara İnanaq və bele-belə iftiralara qulaq asaq, özümüzü salaq cəhənnəmə. Heç gör momin belə iş görər?!
Pərvərdigara, pənah apanram sənə, daha nə qaldı insanm qulağı eşitməsin?!
İla lənətullahi əla qovmüzzalimin.
Və soyəlomülləzinə zələmu əyyə münqəlİbin yənqətibun.
- “Molla Nəsrəddin", 25 may 1913, N 16