İki ildir vafat edib Sabir
İki ildir vafat edib Sabir Müəllif: Əliqulu Qəmküsar |
Satirik şeir Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
İki ildir vgfat edib Sabİr,
Onu millət gözəlcə yad eliyib,
Ruhunu hər cehətlə şad eliyib,
Qılıb öz qədridanlığın zahir.
Neçə məktəb bina edib adına,
Darülitamü darülecəzə açıb,
Pulu bol-boi, kürur-kürur saçıb,
Yetİşib min yetim-yesir dadma.
Özünün, oğlunun xüsusunda
Göstərib başqa himmətü qeyrət,
Yaşasın, ölməsin bu cür millət,
Daim olsun bu abirusunda.
Bu çalışmaq, bu növi əlləşmək,
Getirib bizləri bu cür qabağa.
Farsü türkü ərəb durub ayağa,
Ayılıb, başlayıbdı birləşmək.
Günü-gündən celalımız artır,
Olmuruq bir dəqiqə qəflətdə...
Qoymuşuq kainatı heyrətdə,
Həre öz səmtine bizi dartır.
Gah olur hami ingilis bizə,
Gah olur dost nemsəvü alman.
Olmuşuq yaxşı bəxtəvər insan,
Özgəler sey edirler xeyrimizə.
Bizə lazımdı indi asayiş,
Çünki hər iş gedir qərannda.
Özü millət öz ixtiyarında,
Eləyir hər ümuri-pirayiş.
Göndərİb paytəxti-İranə,
Ərfəüddövləni vəzir olsun,
Bütün Iran ona əsir olsun,
Rehmət etsin Əmini-sultane.
Çox yaşa, ey veziri-danışmənd,
Çünki sən çox eminsen, həqqa.
Sənsen tranı eyləyən əhya,
Yox senin tək vücudi-qeyrətmend.
- "Molla Nəsrəddin", 23 iyul 1913, N 20