İlan, qaranquş və mığmığanın dostluğu

Rəvayətlər. İlan, qaranquş və mığmığanın dostluğu
Müəllif: Şifahi xalq ədəbiyyatı


İlan, qaranquş, bir də mığmığa dost olurlar. Bir gün ilan qaranquşla mığmığaya deyir ki, gedin görün hansı canlının qanı daha şirindi? Mığmığa bütün canlıları sancır. Görür ki, insanın qanı çox şirindi. Qayıdır ilanın yanına, istəyir desin ki, insanın qanı. Elə “i” demişdi ki, tez qaranquş onun dilini qoparır. O vaxtdan mığmığa dızıldayadızıldaya qalır.

İlan qaranquşa deyir ki, niyə belə elədin. Qaranquş kələk işlədib deyir ki, bəs görmədin, istəyirdi “ilan” desin. Belə dostluq olar, o gedib sənin balanı sancıb, ona görə də ilan qanını şirin sayır. Deməyəsən, qaranquş dünyada ən yaxın dostu olan insanı qurtarmağa çalışırmış.

Mənbə redaktə