İlan buynuzu
Rəvayətlər. İlan buynuzu Müəllif: Şifahi xalq ədəbiyyatı |
Kim ilan bıynızı tapıb nehrəyə atsa, çalxaladığı bütün süt çönüp
yağ olacax. Bir arvad nehrəyə süt töhməh isdiyəndə görür ki, içəridə
bir ilan var. Qorxup ərini çağırır. Əri maşayınan ilanı nehrədən
çıxarır, əmə öldürəmmir. İlan tez bir çatdağa girip gizdənir.
Arvad südü töküp çalxalayır, sora görür ki, pütün süt yağa çevrilip.
Nehrənin içini axdarıp ilan bıynızı tapıllar.