İlham Əliyevin İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya məktubu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya" 14 avqust 2015-ci il tarixli məktubu (14 avqust 2015)
Müəllif: İlham Əliyev


İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya

Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 avqust 2015-ci il.

Mənbə

redaktə