İlham Əliyevin Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Md. Əbdül Həmidə məktubu
İlham Əliyevin Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Md. Əbdül Həmidə məktubu (23 fevral 2019) Müəllif: İlham Əliyev |
Mənbə: president.az. "Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Md. Əbdül Həmidə" (az.). İlham Əliyev. 23 fevral 2019. İstifadə tarixi: 2019-02-09. |
Hörmətli cənab Prezident,
Ölkənizin paytaxtı Dəkkə şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Banqladeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2019-cu il.