İlham Əliyevin Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Qellehə məktubu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Qellehə" 23 iyun 2017-ci il tarixli məktubu (23 iyun 2017)
Müəllif: İlham Əliyev


Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Qellehə

Hörmətli cənab Prezident,

Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişlənməsi xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Cibuti xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 iyun 2017-ci il.

Mənbə

redaktə