İlham Əliyevin Honduras Respublikasının Prezidenti Zati-aliləri cənab Xuan Orlando Ernandes Alvaradoya məktubu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Honduras Respublikasının Prezidenti Zati-aliləri cənab Xuan Orlando Ernandes Alvaradoya" 11 sentyabr 2014-cü tarixli məktubu (11 sentyabr 2014)
Müəllif: İlham Əliyev

Honduras Respublikasının Prezidenti Zati-aliləri cənab Xuan Orlando Ernandes Alvaradoya

Hörmətli cənab Prezident,

Honduras Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Honduras münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Honduras xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 sentyabr 2014-cü il.

Mənbə

redaktə