İlham Əliyevin Myanma İttifaqı Respublikasının Prezidenti Zati-aliləri cənab Theyn Seynə məktubu (2013)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Myanma İttifaqı Respublikasının Prezidenti Zati-aliləri cənab Theyn Seynə" 30 dekabr 2013-cü il tarixli məktubu (30 dekabr 2013)
Müəllif: İlham Əliyev


Myanma İttifaqı Respublikasının Prezidenti Zati-aliləri cənab Theyn Seynə

Hörmətli cənab Prezident,

Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Myanma arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində daha da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 dekabr 2013-cü il

Mənbə

redaktə