Hörmətli Vladimir Vladimiroviç,
Volqoqrad dəmir yolu vağzalında baş vermiş terror aktı nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.
Biz terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 dekabr 2013-cü il.