İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə məktubu
İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə məktubu (14 fevral 2019) Müəllif: İlham Əliyev |
Mənbə: president.az. "Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə" (az.). İlham Əliyev. 14 fevral 2019. İstifadə tarixi: 2019-02-09. |
Hörmətli cənab Prezident,
Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq münasibətləri, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2019-cu il.