İlk öncə gördükcə cahanı, bir an havalandım

İlk öncə gördükcə cahanı, bir an havalandım! (1993)
Müəllif: RAUF CAVAD

İlk öncə gördükcə cahanı, bir an havalandım!
Öyrəndikcə kim Yaradanı, bir an havalandım!

Xəlq etmiş ruhundan məni, ruhum gövhər bənzəri,
Bildikcə ruhun yox məkanı, bir an havalandım!

Yaşayır tüm bəşər səsli-səsiz nəfəs alaraq,
Duyduqca bu nəfəsdə anı, bir an havalandım!

Xəbər verir keçmişdən, Adəmdən, qanın sorağı,
Düşündükcə keçmiş zamanı, bir an havalandım!

Yaradıb sevgidən kim insanı?! Sevgili Canan?!
Anladıqca kim verib canı, bir an havalandım!

Kim çıxıb asi Yaradana ?! Kim uyub Şeytana?!
Dərk etdikcə tökülən qanı, bir an havalandım!

Dünən, bu gün, sabah, sanki olub hər şey bircə an,
Unudarmı sevən, Cananı?! Bir an havalandım!

Rauf, fani olan km?! İnsanmı yoxsa dünyamı?!
Varmı əbədi kim qananı?! Bir an havalandım!
            ...Müəllif:Rauf Cavad