İmadəddin pak ruhumun sazıdır, onunla mən
İmadəddin pak ruhumun sazıdır, onunla mən Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
İmadəddin pak ruhumun sazıdır, onunla mən,
Hədislərin əsrarını qoruyuram ləkədən.
Sayəsində göçərilər üzləşdilər uğurla,
Həyat tapdı fıravanlıq, ölüm çıxdı səhnədən.
Qəribədir, vücudumda daha taqət qalmamış,
Sağlam ikən dəyişilir əhvalım isitmədən.