İmansıza
İmansız Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005 |
Qısqırılıb hürürsən ki: "Sənin bəndən nəyin artıq!"
Qızma, dostum, elmə qalsa, bən də sənin günündəyim.
Elmnən bizi dinləyənlər "yazıq" deyə, bizə "yazıq"
Əsr bizdən nə istiyor onu bilə bilməyəlim?"
Ancaq səndən fərqim bu ki, bəndə sağlam bir "iman" var.
Bir kainat yaradar ki, nəşəsindən doymaq olmaz!
Sənin kibi imansızlar o cənnətdən heç anlamaz!
Bu tikanlı yollar bana gücmü sandın! İmanım var!
Bən bir dəfə inandım ki, ot kökünün üstə bitər.
Həqiqətmi, xəyalmı bu?...Nə isə, bol-bol yetər!